Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əməliyyat vaxtı Gömrüyün müvəqqəti sədri Goranboyda olub

Baxış: 341
 



Əməliyyat vaxtı Gömrüyün müvəqqəti sədri Goranboyda olub 


Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir. Əməliyyat vaxtı Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Goranboyda olub.
Komitədən daxil olmuş məlumata görə, Yanvarın 26-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonları, həmçinin Naftalan şəhərindən olan vətəndaşları qəbul edib.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
"Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib",- məlumatda bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.