Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kənd Təsərrüfatı Nazirliyinin karyera portalında 80-dən çox vakansiya dərc edilib

Baxış: 397


Kənd Təsərrüfatı Nazirliyinin karyera portalında 80-dən çox vakansiya dərc edilib
Aqrar sahədə məşğulluğun artırılması, insan resurslarının inkişafı, iş imkanlarına əlçatanlığın təmin edilməsi, kənd təsəsrrüfatı sahəsi üzrə işaxtaranlarla işəgötürənlər arasında faydalı kommunikasiyasının qurulması məqsədilə yaradılan www.aqrokadr.az karyera portalında özəl müəssisələrə aid 80-dən çox vakansiya dərc edilib.
Bu barədə "Sahibkartv.az"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Kənd Təsərrüfatı sahəsində ixtisaslaşan şirkətlərdən “MKT Cotton MMC”, “Kraun Ko-R MMC”, “Agro Dairy” və “Agrarco LLC” əkinçilik, heyvandarlıq, maliyyə, sürücü-mexanik, gözətçi və digər iş elanlarını karyera portalında yerləşdiriblər.
İşaxtaranlar http://aqrokadr.az/ portalında qeydiyyatdan keçərək vakansiyalarla tanış ola və sayt üzərindən aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər. İş üçün müraciət edən şəxslər işəgötürənlər tərəfindən fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.
Aqrokadr.az karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2021-ci il avqustun 18-də ictimaiyyətə təqdim edilib. Portal insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı məşğulluğun müasir çağırışlara uyğunluğuna dəstəyi hədəfləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.