Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Komitə sədri: “Fermerlərə verilən subsidiyalar artırılmalıdır”

Baxış: 374



“Bir sıra yem məhsullarının qiyməti bahalaşsa da, südün və ətin fermerdən alınma qiyməti artmayıb. Ona görə bu fermerlər üçün ciddi problemlər yaradır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında çıxışı zamanı deyib.
“Bilirsiniz ki, örüş yerlərini yaşayış və ya əkin yeri etdilər. Örüş yerlərinin uzaq olması da fermerlərin növbəti problemidir. İşğaldan azad edilmiş yerlərdə örüş yerləri olsa da, həmin ərazilərin minalardan təmizlənmə işlərinin nə zaman yekunlaşacağının məlum olmaması işləri yubadır. Hesab edirəm ki, fermerlərə verilən subsidiyaların məbləği artırılmalı, kredit çox aşağı faizlə, hətta faizsiz verilməlidir. Bununla da, onlara dəstək ola bilərik” - o qeyd edib.ü

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.