Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yaxın aylarda Suqovuşanda ilkin infrastruktur işləri yekunlaşdırılacaq

Baxış: 344



Bu ilin sonuna qədər Tərtər rayonunun Suqovuşan kəndində ilkin infrastruktur işləri yekunlaşdırılacaq.
"Sahibkartv.az" xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov bildirib.
"Bu ilin əvvəlində Suqovuşanda istirahət parkının və digər infrastruktur obyektlərinin təməli qoyulub. Bu işlər bir neçə mərhələdə aparılır. Əsasən Suqovuşan su anbarının ətrafında infrastrukturun qurulması nəzərdə tutulub. Bu il daha çox layihələndirmə və ilkin infrastruktur işləri yerinə yetirilir", - deyə o, qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.