11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
15:45 / 17-01-2025
15:30 / 17-01-2025
15:00 / 17-01-2025
Erməni hərbi birləşmələrinin Vətənimizə qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbitəcavüzünə cavab olaraq, Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlhamƏliyevin əmri və rəhbərliyi altında işğal altındakıtorpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda Şanlı Vətən müharibəsinəbaşlanmasından 2 il ötür. Artıq ikinci ildir ki, 27 sentyabr - Vətən Müharibəsi Şəhidlərimizin Anım Günü kimi qeyd edilir.
Bu gün Goranboy rayonunda da Anım günü ilə bağlı ümumrayon tədbiri keçirildi. Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə Kompleksində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə Kompleksini ziyarət edərək Şəhidlərimizin ruhlarına dualar etdilər və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda Rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən Müharibəsi nəticəsində torpaqlarımızın azad olunduğunu və bu gün azad edilmiş torpaqlarımızda əsaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən İcra Başçısı və digər natiqlər çıxışlarında, Vətən, Dövlət, Bayraq naminə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin daim ehtiram və sevgi ilə anılacağını bildirdilər.
Anım Günü ilə bağlı, Goranboy şəhəri Heydər Əliyev Parkında və Şəhidlər Xatirə Kompleksi ərazisində 100-dən çox Eldar şamı və Sərv ağacları əkildi.
Bölməyə aid digər xəbərlər