Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanın yeni Ombudsmanı seçilib

Baxış: 378


Naxçıvanın yeni Ombudsmanı seçilib
Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib.
"Sahibkartv.az" xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi” barədə məsələ altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən yeddinci sessiyasının gündəliyinə daxil edilib.
Sessiya zamanı baş tutan səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.
Ali Məclisin Sədri Vasif Talıbov Günay Rzayevanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi münasibəti ilə təbrik edib və ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, bundan əvvəl G.Rzayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.