Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda Polis Günü ilə bağlı tədbir keçirildi.

Baxış: 1 140


Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident, Ümummilli Lider  Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri  “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı rayon Polis şöbəsində keçirilən tədbirdə iştirak etdilər.
Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik etdi.
Tədbirdə rayon Polis şöbəsinin əməkdaşlarının təqdimatında fiziki  döyüş hazırlığı nümayiş etdirildi və Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və digər mükafatlar təqdim edildi.














Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.