Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zəngilanda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb

Baxış: 368



Azərbaycan Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb.
ANAMA-dan "Sagibkartv.az"a verilən məlumata görə, düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər məsul vəzifəli şəxslər iştirak ediblər.
Onlar Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək düşərgə ilə tanış olublar.
Əməliyyat, inzibati və xidməti heyət üçün bütün lazımi şəraitlə və müasir avadanlıqlarla təchiz edilən mobil tipli sahə düşərgəsi yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi üçün nəzərdə tutulmuş müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Həmçinin, burada texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər də mövcuddur. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgə futbol - voleybol meydançası və idman trenajorları ilə təmin edilib.
Qeyd edək ki, konteynerlərdən ibarət mobil tipli sahə düşərgəsi minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşınma üstünlüyünə malikdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.