Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident 1-ci rübdə ümumi daxili məhsuldakı artımı açıqladı

Baxış: 257
"Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb"
Sahibkartv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Əliyev  qeyd edib ki, qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb.
"Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik" - Prezident İlham Əliyev deyib.
"Azərbaycana çox böyük maraq var"
Prezident İlham Əliyev qeyd edib ki, ikinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var: "İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib". 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.