Day, Month 00, Year
00: 00: 00 AM
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib- NƏTİCƏSİ

12 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106011940 ISIN-li, 60 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 92.0071 AZN (7%) və 99.7204  AZN (4.1%) manat olan 18 sifariş təqdim edilib. 
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.6113 AZN (4.5%) manat, orta ölçülmüş qiyməti 99.1595 AZN (4.3016%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198 milyon 688 min 900 manat, yerləşdirilmiş həcmi isə 21 milyon 359 min 600 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 8 aprel 2025-ci ildir. 
Hərrac iştirakçıları 13 aprel 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.


Tarix: 12-04-2022, 16:02 Oxunub: 141


Bölməyə aid digər xəbərlər