Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar indeksi yüksəlməkdə davam edəcək - GÜNƏ BAXIŞ

Baxış: 524
Çində də inflyasiya risklərinin artması və Ukrayna müharibəsində cəbhələrin yenidən alovlanması, qlobal iqtisadiyyata dair qeyri-müəyyənliyi artırmaqla, birjalarda aktivliyin də azalmasına, güvənli liman maliyyə aləti olan qızıla olan tələbi yüksəltmişdir. Lakin Amerikada gəlirliyin artmaqda davam etməsi, dollar indeksinin də yüksəlməkdə davam edəcəyinə işarədir. Beləliklə, dollardan asılı EUR/USD, GBP/USD kimi maliyyə aktivlərinin ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında bitkoin isə 40000$-ın altına düşüb. 39000$ önəmli dəstək səviyyəsidir və növbəti eniş dalğası üçün qırılması önəmlidir. 
Bununla yanaşı, Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən işsizlik, saat 13:00-da Almaniyada inkişaf proqnozlarını ölçən "ZEW" indeksi və saat 16:30-da ABŞ-dan inflyasiya göstəricilərinin dərci də böyük maraqla gözlənilməkdədir. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.