21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
“Düşünürdüm ki, ölkə başçısı bizi qəbul edəcək. Çünki qazandığımız nailiyyət böyük uğurdur. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu oldu. Ona görə də inanırdım ki, cənab Prezident bizi də diqqətdən kənarda qoymayacaq. Həm də bilirdim ki, ölkə başçısının ən çox dəyər verdiyi, ən çox sevdiyi idman növlərindən biri güləşdir. Gözlədiyim kimi oldu, bu görüş çox maraqlı keçdi”.
Bu barədə Sahibkartv.Az-a sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.
Ölkə başçısı İlham Əliyev dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş güləş üzrə Avropa çempionatında qitənin ən güclüsü olmuş Azərbaycan güləş millilərini qəbul edib. Ölkə başçısı bununla növbəti dəfə idmana diqqət və qayğı göstərdiyini nümayiş etdirib.
Bu, Hacının onunla artıq yeddinci görüşü olub. 30 yaşlı idmançı bu haqda danışıb:
“2013-cü ildə Kazanda keçirilmiş Yay Universiadasında bürünc medal qazananda ilk dəfə ölkə Prezidenti ilə görüşümüz olub. Bir il sonra möhtərəm Prezident mənə ev verib. 2015-ci ildə BP-nin tədbirində görüşümüz baş tutub. 2016-cı ildə Olimpiadada, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında qazandığım medallara görə də Prezidentin qəbulunda olmuşam. Həmçinin, 2017-ci ildə Abşeron Olimpiya İdman Kompleksinin açılış mərasimində görüşümüz olub. Bu, Prezidentlə yeddinci görüşümüz idi”.
Hacı Əliyev onu da bildirib ki, ölkə başçısı ilə maraqlı dialoq ilk dəfə gerçəkləşmir. İdmançının özünü dinləyək:
“Prezidentlə dialoqumuz ikinci dəfə baş tutur. İlk dəfə Abşeron Olimpiya İdman Kompleksinin açılışı zamanı aramızda söhbət olmuşdu. Həmin vaxt mən cənab Prezidentin qarşısında çıxış etmişdim. Parisdə üçüncü dəfə dünya çempionu olduğum üçün mənə fərdi təqaüd ayrılmışdı. Prezident onda da demişdi ki, üçüncü dəfə dünya çempionu olmaq olimpiya qızıl medalını qazanmağa bərabərdir və ona görə bu təqaüd mənə verilir. Həmin görüşdən sonra mənə Prezidentin həm fərdi, həm də olimpiya təqaüdü verilməyə başlandı.
Budəfəki görüşdə isə mənə səni olimpiya çempionu kimi görürəm demədi, dedi ki, mənim üçün olimpiya çempionusan. Doğrudan da çox sevinirəm ki, cənab Prezident tərəfindən belə sevilirəm, mənimlə maraqlanır, haqqımda məlumatlıdır. Ona çox təşəkkür edirəm ki, mənə, idmana belə gözəl diqqət və qayğı göstərir. İnşallah, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qızıl medal qazanmaqla Prezidentin dediyi olimpiya çempionluğunu həqiqətdə əks etdirərəm”.
Səbuhi Musa
Bölməyə aid digər xəbərlər