Day, Month 00, Year
00: 00: 00 AM
Maliyyə Nazirliyi 60 milyon manat cəlb edir

12 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 60 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növüKuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0106011940
Emissiya həcmi60 000 000 manat
Nominal dəyəri100 manat
İstiqrazların tədavül müddəti1092  gün
Faiz ödənişləri (olduqda)11 oktyabr 2022-ci il, 11 aprel 2023-cü il     10 oktyabr 2023-cü il,  9 aprel 2024-cü il
  8 oktyabr 2024-cü il,  8 aprel 2025-ci il
Faiz gəliri4.0 %
Ödəmə tarixi08.04.2025
Anderrayter                 “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Tarix: 8-04-2022, 11:39 Oxunub: 391


Bölməyə aid digər xəbərlər