Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

FES-in uçot dərəcəsini artmaq ehtimalı qızılın ucuzlaşmasına səbəb olub

Baxış: 504
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baza faiz dərəcəsini artmaq ehtimalı qızılın ucuzlaşmasına səbəb olub.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,44%, yaxud 8,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 929,2 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,12% düşərək, 1 unsiyası 24,705 ABŞ dolları təşkil edib.
Birjalar Sent-Luisin FES rəhbəri Ceyms Bullardın FES-in inflyasiyanı tam idarə edə bilmədiyi və uçot dərəcəsinin kəskin artırıla biləcəyi ilə bağlı bəyanatını qiymətləndirirlər. Baza faiz dərəcəsinin artırılması isə ABŞ dolları üçün müsbət, qiymətli metal üçün mənfi hesab olunur.
Bununla belə, Ukrayna ətrafında gərginliyin saxlanıldığı bir zamanda qızılın 1 unsiyasının qiyməti 1 900 ABŞ dollarından yuxarı qalmaqda davam edir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.