Day, Month 00, Year
00: 00: 00 AM
Aİ-92 markalı benzinlə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) dayandırılması ilə bağlı xaricdən avtomobil yanacağı idxal edir.
“Sahibkartv.az” SOCAR-a istinadən xəbər verir ki, aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, “Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb.
Bütövlükdə NEZ-in 50 gün fəaliyyətsiz qalacağı bildirilir. Bununla bağlı daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün SOCAR hələ fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın alır.
“Bütövlükdə idxal olunacaq 150 min ton “Aİ-92” var. Bunun əsas hissəsi artıq gətirilib. Benzin Rusiya, Rumıniya, Türkmənistan şirkətləri ilə müqavilələrə əsasən gətirilib. Əksər hissəsi də Rusiyadan alınıb”, - hökumətdəki mənbə bildirib.
Onun sözlərinə görə, həmin müqavilələr hələ Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar işə düşmədən bazar qiymətlərinə əsasən, xarici valyutada ödəniş şərti ilə imzalanıb.
Xatırladaq ki, 1 fevral-1 iyun müddətində “Aİ-92” və “Aİ-95” markalı benzinin idxal rüsumları ləğv olunub, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılıb.
Heydər Əliyev adına NEZ orta hesabla 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ild 1,26 milyon ton), liqroin (400,7 min ton, dizel yanacağı (2,4 milyon ton), soba mazutu (105 min ton), sürtgü yağları (49,1 min ton), neft koksu (255,3 min ton), neft bitumu (362,2 min ton), təyyarə yanacağı (490,1 min ton) istehsal edir. Müəssisədə istehsal olunan “Aİ-92” markalı benzinin demək olar ki, hamısı daxili bazara yönəlir.


Tarix: 7-04-2022, 18:18 Oxunub: 391


Bölməyə aid digər xəbərlər