Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR-dan “Azeri Light”ın orta qiymətilə bağlı açıqlama

Baxış: 578
2022-ci ilin I rübündə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 102,68 dollar təşkil edib.
Bu barədə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov məlumat verib.
2021-ci ilin yanvar-mart aylarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 61,6  dollar olub. Beləliklə, “Azeri Light” markalı neftin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,08 dollar və ya 1,7 dəfə artıb.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
2021-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 71,6 dollar (2020-ci ildə 43,7 dollar) təşkil edib.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də 15,81  dollarsəviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.