Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bloomberg”: BEA ölkələri qiymətləri sabitləşdirmək üçün 120 milyon barrel neft satacaq

Baxış: 464
Beynəlxalq Enerji Agentliyinin (BEA) üzvü olan ölkələr bu enerji resursunun qiymətlərini aşağı salmaq üçün öz ehtiyatlarından bazara 120 milyon barel neft göndərəcək.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik ABŞ-ın töhfəsinin 60 milyon barel olacağını, qalan həcmin isə təşkilata üzv ölkələr arasında bölüşdürüləcəyini yazıb.
ABŞ-ın daha əvvəl strateji ehtiyatlarından əlavə 180 milyon barel nefti bazara çıxaracağını elan etdiyini də nəzərə alsaq, Birləşmiş Ştatlar bazara ümumilikdə 240 milyon barel neft çıxaracaq.
Təşkilatın mövcud olduğu dövrdə belə qərarlar 1991, 2005, 2011-ci illərdə, həmçinin 2022-ci il martın 1-də qəbul edilib. Ötən dəfə bazara 62,7 milyon barel neft çıxarılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.