Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qlobal bankdan Manat proqnozu

Baxış: 285
AİB: Neftin qiymətinin yüksək olması manatın məzənnəsinin sabitliyini təmin edəcək

Asiya İnkişaf Bankı (AİB) 2022-ci ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasəti daha da sərtləşdirəcəyini proqnozlaşdırır.
“İnflyasiya təzyiqinin güclənməsi fonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişdirilməyəcəyi və yaxud qaldırılacağı gözlənilir, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə monetar siyasət yumşaldıla bilər”, - deyə bu gün AİB-in saytında dərc olunmuş “Asian Development Outlook 2022” icmalında qeyd edilir.

AİB-in qiymətləndirmələrinə görə, neftin qiymətinin yüksək olması Azərbaycanın milli valyutasının məzənnəsinin sabitliyini təmin edəcək.
Bununla belə, AİB-də hesab edirlər ki, AMB notların buraxılması vasitəsilə yerli valyutada likvidliyin sterilləşdirilməsi siyasətini davam etdirəcək, tədavüldə olan xarici valyutanın məbləğini nəzarət altında saxlayacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.