Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq

Baxış: 493
Azərbaycanda “Mühasibat uçotu haqqında” qanuna əsasən, mühasibat uçotu subyektlərinin Maliyyə Nazirliyinə təqdim etməli olan maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən “e-mühasibat” elektron portalının yaradılması planlaşdırılır.
“Sahibkartvaz.” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası Maliyyə Nazirliyinə həvalə olunub.
Elektron portalın yaradılması ilə bağlı ilkin təkliflərin müəyyən edilməsi, maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən elektron portal ilə əlaqədar müvafiq sənədlərin və portalın layihəsinin hazırlanması, “e-mühasibat” elektron portalının yaradılmasının başa çatdırılması nəzərdə tutulub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.