Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl ucuzlaşır

Baxış: 310
ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb. İnvestorlar, həmçinin Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq perspektivlərini qiymətləndirirlər.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,3%, yaxud 5,8 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,17% artaraq, 1 unsiyası 24,695 ABŞ dolları təşkil edib.
ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 2,375%-dən 2,414% səviyyəsinədək artıb.
Bundan başqa, ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, fevral ayında 3,8% təşkil etmiş işsizlik səviyyəsi mart ayında 3,6%-ə düşüb. Analitiklər isə azalmanın 3,7%-dək olacağını gözləyirdilər. Bütün bunlar qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.