Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Litva Rusiya qazından tamamilə imtina edən ilk Aİ ölkəsi oldu

Baxış: 309
Litva aprelin əvvəlindən Rusiya qazının idxalının tamamilə dayandıraraq, bu cür addım atan ilk Avropa İttifaqı üzvünə çevrilib.
Bu barədə Litvanın Energetika Nazirliyi məlumat verib.
Qeyd olunub ki, aprelin əvvəlindən Litvanın qaznəqli sistemi Rusiyadan qaz idxal etməyib. İndi Litvanın bütün qaz tələbatı Klaypeddəki mayeləşdirilmiş təbii qaz terminalı vasitəsilə həyata keçirilir. Hesablamalara görə, sözügedən terminal vasitəsilə tələbatı tamamilə ödəmək mümkün olacaq. Ancaq ehtiyac olacağı halda Latviya və Polşadan da qaz almaq mümkün olacaq.
“Biz “Qazprom”dan qaz alan dövlətlər arasında Rusiya qazının tədarükündən azad olan ilk Aİ ölkəsiyik”, - deyə Litvanın Energetika naziri Daynius Kreyvis bildirib.
Mənbə: Pravda

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.