Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“OPEC plus”un qərarına Azərbaycan da razılıq verib - AÇLQLAMA

Baxış: 263
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barrel artırılmasına Azərbaycan da razılıq verib.
Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.
Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulur.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 28-ci iclasının 5 may tarixində keçirilməsi razılaşdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.