22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Sahibkartv.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin "Dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında" fərman imzaladığını açıqlayıb.
Putinin fərmanına əsasən, Rusiya qazının tədarükünün rublla ödənilməsinin yeni proseduru aprelin 1-dən qüvvəyə minəcək.
"Qərb ölkələri qazın pulunu ödəmək üçün Rusiya banklarında rubl hesabları açmalı olacaqlar", deyə Putin bildirib.
O əlavə edib ki, Rusiya qeyri-dost ölkələrdən qaz alıcıları onun haqqını rublla ödəməkdən imtina edərlərsə, bunu müqavilələrin pozulması hesab edəcək.
Fərmana əsasən, Rusiya qazının rublla ödənişlərə riayət etmədən ödənilməsinə icazə xüsusi hökumət komissiyası tərəfindən veriləcək.
Prezidentin fərmanı ilə “Qazprombank” dost olmayan ölkələrdən gələn xarici qaz alıcıları üçün xüsusi rubl hesabları açacaq. Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən, Qazprombank MICEX-RTS-də hərraclarda qazın ödənilməsi üçün rubla konvertasiya ediləcək xarici valyuta satacaq.
Prezidentin fərmanı ilə Rusiya Federasiyasının Mərkəzi Bankı 10 gün ərzində xarici qaz alıcıları üçün xüsusi valyuta hesablarının açılması qaydasını müəyyən edəcək.
Putin qaz tədarükünün rublla ödənilməsi proseduru ilə bağlı qərarı "Rusiya Federasiyasının maliyyə suverenliyinə doğru addım" adlandırıb.
Rusiya prezidenti rubl və etibarlı tərəfdaşların valyutaları ilə ticarətin artırılması üzrə uzunmüddətli plana keçməyi təklif edir.
Putin bildirib ki, Avropa ölkələri öz vətəndaşlarının maraqlarını “xarici ağa”nın xeyrinə qurban verməyə hazırdır. O qeyd edib ki, ABŞ öz səhvlərini Rusiyanın üzərinə atmağa və başqa ölkələrdəki çətinliklərdən istifadə etməyə çalışacaq.
Putin iddia edir ki, Birləşmiş Ştatlar artıq Rusiyaya qarşı iqtisadi müharibəyə başlayıb, sanksiyalar əvvəlcədən hazırlanıb və Rusiya başqasının melodiyası ilə rəqs etmək istəmədiyi üçün tətbiq edilib.
"Paris və Berlin Rusiya Federasiyasının qaz tədarükünün rublla ödənilməsi ilə bağlı şərtlərini qəbul etməyəcəklər", Fransa Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Ticarət məlumatlarına görə, Putinin Rusiya qazının rublla ödənişi haqqında fərmanından sonra. Avropada qazın qiyməti 1000 kubmetr üçün 1450 dolları ötüb.
Fərmanın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bölməyə aid digər xəbərlər