Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Transxəzər birləşdirici qaz kəməri 400milyon dollara başa gələ bilər

Baxış: 222
Türkmənistandan Azərbaycan ərazisi ilə digər ölkələrə qaz magistralının yaradılması layihəsi, ilkin hesablamalara görə, 400 mln. ABŞ dolları investisiya tələb edir və təxminən dörd aya reallaşa bilər.
Türkmənistan mətbuatı xəbər verir ki, bu barədə Beynəlxalq Neft və Qaz Forumu zamanı “Trans Caspian Resources” şirkətinin məşvərət komitəsinin direktoru Natali Kostello deyib.
Layihənin həyata keçirilməsi üçün baza Türkmənistan və Azərbaycanın Xəzər dənizində mövcud olan infrastrukturu olacaq. Transxəzər birləşdiricisi Türkmənistana bu növ yanacağa ehtiyacı olan ölkələrə ildə 10-12 mlrd. kubmetr təbii qaz tədarükünü təşkil etməyə imkan verəcək.
Kostellonun sözlərinə görə, Aşqabad öz resurslarının ixracı üçün əlavə istiqamət əldə edəcək və onların tədarükünü şaxələndirəcək.
Qeyd edək ki, Türkmənistanda təbii qazın ümumi ehtiyatları 50 trln. kubmetr həcmində qiymətləndirilir. Hazırda Türkmənistan Çin və Rusiyaya “mavi yanacaq” ixrac edir və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisi də davam edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.