Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar indeksi yenidən yüksələ bilər - GÜNI BAXIŞ

Baxış: 206
Ukrayna - Rusiya müharibəsi fonunda güvənli liman maliyyə aləti kimi dollara tələb çərşənbə axşamı azalıb. Buna səbəb sözügedən iki ölkə arasında İstanbul görüşünün müsbət keçməsi olub. Amerikada hökümətin sosial layihələrin genişləndirilməsi və təhlükəsizlik xərclərinin artırılması üçün nəzərdə tutulan büdcə qanunun Konqressdə müqavimətlə rastlaşacağı ehtimalları da riskləri artırır. 
Bununla yanaşı, investorlar cümə günü dərc ediləcək "NFP" göstəricisini də böyük maraqla gözləyirlər. Bu gün Bakı vaxtı ilə saat 16:15-də və 16:30-da yenə Amerikadan açıqlanacaq "ADP" və ÜDM-yə dair önəmli statistika məlumatlar da diqqət mərkəzindədir. Bütün sadalanan göstəricilər müsbət yayımlanacağı, yəni Amerika iqtisadiyyatına dair gözləntilər yüksələcəyi təqdirdə, dollar indeksi yenidən dəstək görə bilər. 

Qeyd etmək lazımdır ki, dollardan asılı qızıl və neft qiymətlərində də bahalaşma müşahidə edilir. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.