Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Valyuta hərracı keçirildi - SATIŞ 100 MİLYON DOLLARI AŞDI

Baxış: 421
29 Mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sahibkartv.az xəbər verir ki, hərracda tələb 105 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Mərkəzi Bank qeyd edib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.
Xatırladaq ki, 17 Mart 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 77,8  milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 
11 mart 2022-ci il tarixində valyuta hərracında tələb 54,6 milyon ABŞ dolları, 15 Mart 2022-ci il tarixində keçirilmiş valyuta hərracında isə tələb 74,3 milyon ABŞ dolları, təşkil etmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 22 valyuta hərracında banklara 1 milyard 552,2 milyon dollar satılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.