19:11 / 22-02-2025
18:52 / 22-02-2025
18:23 / 22-02-2025
18:00 / 22-02-2025
17:44 / 22-02-2025
17:22 / 22-02-2025
16:39 / 22-02-2025
16:16 / 22-02-2025
15:41 / 22-02-2025
15:18 / 22-02-2025
14:46 / 22-02-2025
14:21 / 22-02-2025
13:50 / 22-02-2025
13:44 / 22-02-2025
13:18 / 22-02-2025
13:00 / 22-02-2025
09:13 / 22-02-2025
09:00 / 22-02-2025
22:11 / 21-02-2025
21:42 / 21-02-2025
21:33 / 21-02-2025
21:23 / 21-02-2025
20:32 / 21-02-2025
20:18 / 21-02-2025
19:49 / 21-02-2025
19:31 / 21-02-2025
19:19 / 21-02-2025
18:51 / 21-02-2025
18:30 / 21-02-2025
18:21 / 21-02-2025
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin (paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq gətirib.
ƏMDX-dən Trend-ə bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.
“Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.
Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər-hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.
Qeyd olunanlara əsaslanaraq, ƏMDX özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirir və vətəndaşları bu cür şayiələrə inanmamağa çağırır. Belə şayiələri yayan insanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”.
Bölməyə aid digər xəbərlər