Day, Month 00, Year
00: 00: 00 AM
Avropa Rusiya xammalından imtina edərsə, Rusiya şərq ölklərinə daha çox satış edəcək

Peskov bildirib ki, premium bazarı olan Avropa neft almaqdan imtina edərsə, Rusiya bu həcmləri şərqdəki satışlarla kompensasiya edəcək.
Avropa ölkələri Rusiya xammalından imtina edərsə, Rusiya şərq ölklərəniə daha çox satış edəcək.
Sahibkartv.az xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib
Jurnalistlər Kreml sözçüsünə Almaniyanın Rusiyadan neft və kömür idxalından potensial imtinasının Rusiya büdcəsinin gəlirlərinə təsiri barədə sual veriblər.
“Bilirsiniz ki, Cənub-Şərqi Asiyada, şərqdə bir bazar var. Təbii ki, itirilən sifarişlər şərq istiqamətindən sifarişlərlə kompensasiya olunacaq”, - deyə Peskov cavab verib.
O əlavə edib ki, dünya bazarı Avropa bazarından daha çoxşaxəlidir. 
Jurnalistlər həmçinin Peskovdan xahiş ediblər ki, prezident Vladimir Putinin tapşırığına əsasən martın 31-dək hökumət, Mərkəzi Bank və “Qazprom” qaz ixracına görə ödənişləri rubla keçirtmək, müqavilələri yenidən müzakirə etmək və ya bu cür əməliyyatlar üçün təkliflər hazırlamaq tapşırığına əsasən nə etməlidir?
“Baxın, tədarük prosesi çox, çox mürəkkəbdir, bu, mağazada mal almaq deyil.  İndi bütün üsullar qurumlar arasında Qazpromla birgə işlənir, sonra dəqiq vaxt çərçivəsi müəyyən olunacaq”, - Peskov izah edib.


Tarix: 28-03-2022, 14:17 Oxunub: 153


Bölməyə aid digər xəbərlər