Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

IOFS rəhbəri Azərbaycanın İƏT-in layihələrinə töhfələrini yüksək qiymətləndirib

Baxış: 205
Xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə görüşüb.
Bu barədə "Sahibkartv.az"a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Görüş əsnasında Yerlan Baidaulet rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Bu xususda, o, Azərbaycan Respublikasının İƏT çərçivəsində həyata keçirilən layihələrə verdiyi töhfələri yüksək qiymətləndirərək göstərilən xüsusi dəstəyə görə ölkəmizə təşəkkürünü çatdırıb.
E.Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daim xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını həmsöhbətinin diqqətinə çatdıraraq Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə təşəkkürünü bildirib. Qida təhlükəsizliyinin təmin olunmasının önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını xüsusi vurğulayıb. Nazir müavini qida təhlükəsizliyi ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.