Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Rusiya neft axınını Qərbdən Şərqə yönləndirməyə başlayıb"

Baxış: 189
"Avropa Rusiya xammalından imtina edərsə, neftin qiyməti bir barel üçün 300-500 dollara qalxa bilər"
Rusiya neftçiləri neft axınını Qərbdən Şərqə yönləndirməyə başlayıblar. Rusiya Qazaxıstanla Çinə neft tranzitini artırmaq üçün işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlib.
Sahibkartv.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, sanksiyaların təzyiqinə baxmayaraq Rusiyada qaz və neft hasilatı tam həcmdə həyata keçirilir.
"Avropa Rusiya xammalından imtina edərsə, neftin qiyməti bir barel üçün 300-500 dollara qalxa bilər. ABŞ və İngiltərənin Rusiya neftinin və neft məhsullarının idxalını dayandırmaq qərarının təsiri əhəmiyyətsizdir, çünki bu ölkələrə tədarüklər azdır", - Novak bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.