Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft qiymətlərində sıçrayış

Baxış: 314
Rusiya ilə Ukrayna arasında davam edən müharibə və həftəsonu Yaxın Şərqdə baş verən hücumlardan sonra neft qiymətləri yeni həftəyə artımla başlayıb.26 gündür Ukraynada davam edən müharibə, investorların diqqətini Yaxın Şərqdəki hadisələrə yönəltməsi ilə neft qiymətləri yüksəlib.
SAHİBKARTV.AZ xəbər verir ki, ABŞ tipli xam neft və Brent markalı neft 3 faizdən çox bahalaşıb. Son hadisələrin təsiri ilə Brent neftinin qiyməti 111 dolları keçib (Bakı vaxtı ilə saat 10%-də 111,50 dollar).
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynanın fundamental məsələlərdə razılığa yaxın olduğunu bildirsə də, Ukraynanın yüksək səviyyəli rəsmilərinin açıqlamalarında Rusiyanın hücumları artırdığına diqqət çəkilib.
Rusiya-Ukrayna müharibəsi neft bazarlarına təsirini davam etdirərkən, Səudiyyə Ərəbistanından gələn xəbərlər də bazarı gərginləşdirib.
Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanının cənubuna göndərdiyi 9 pilotsuz uçuş aparatının (PUA) və bir ballistik raketin vurulduğunu açıqlayıb.
Husilərin sözçüsü Yəhya Seri verdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanının bəzi nöqtələrini, o cümlədən milli neft şirkəti Saudi Aramco-nun obyektlərini ballistik raketlər və PUA-lar ilə hədəf aldıqlarını bildirib.
Neft tələbi baxımından Çinin Covid-19 tədbirləri yaxından izlənilir. Analitiklər  Çinin Covid strategiyasının qeyri-müəyyən olduğunu bildiriblər. Həmçinin bazar OPEC-in hasilatı artırıb artırmayacağına fokuslanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.