22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə bəzi məhsulların ixrac olunması müvəqqəti olaraq tənzimlənəcək - İqtisadiyyat Nazirliyi tərəfindən rəy verildiyi halda ixrac olunacaq.
İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilmişdir.
Bu barədə "Sahivkartv.az"-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Bununla əlaqədar olaraq bildiririk ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və ya elektron üsulla (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcəkdir.
Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir.
Əlavə suallarla 195-2 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Qeyd edək ki, Azərbaycandan aparılması müvəqqəti olaraq məhdudlaşdırılan mallara - diri iribuynuzlu mal-qara, mal-qara əti, ev toyuqları, ev toyuqlarının əti, qatılaşdırılmış süd, kərə yağı, dənli bitkilər, zeytun yağı, günəbaxan yağı, qarğıdalı yağı, şəkər, spagetti, makaron və s. daxildir.
Bölməyə aid digər xəbərlər