22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
İşğaldan azad edilmiş ərazilərdə söküntü işlərinin həyata keçirilməsi qaydası açıqlanıb.
"Sahibkartv.az"ın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Belə ki, müraciət söküntü işlərinin həyata keçirilməsi ilə bağlı olduqda qurum Reyestrə daxil olaraq, tikilinin inventar nömrəsini seçir, daha sonra əsaslandırılmış müraciəti Reyestrə daxil edir. Tikili söküntüsü mümkün olan tikili kateqoriyasına aid olduğu halda, həmin müraciət avtomatik qaydada qeydiyyat orqanına göndərilir.
Tikili sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu təqdirdə isə bu Əsasnamənin 3.1.2-ci yarımbəndində qeyd olunan müraciət elektron informasiya resursu vasitəsilə avtomatik qaydada Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üzrə fəaliyyət göstərən xüsusi nümayəndəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir.
Aidiyyəti qurumlar 3 (üç) iş günü müddətində öz rəylərini Reyestrə daxil edirlər.
Rəylər aşağıda qeyd olunan məzmunlardan birində olmalıdır:
1. tikilinin sökülməsi məqsədəuyğun hesab olunur;
2. tikilinin sökülməsi məqsədəuyğun hesab olunmur (səbəbi göstərilməklə).
Rəylərin hamısı müsbət olduğu təqdirdə, tikilinin sökülməsinin məqsədəuyğunluğu haqqında məlumat sistem tərəfindən avtomatik olaraq Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş göndərilir.
Rəylərdən bir və ya bir neçəsi mənfi olduqda isə qeydiyyat orqanı tərəfindən tikilinin sökülməsinin məqsədəuyğun olmadığı haqqında məlumat Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş (mənfi rəylər də əlavə olunmaqla) göndərilir. Rəy mənfi olduqda, qurum tərəfindən əlavə əsaslandırma təqdim edilməklə yenidən müraciət oluna bilər.
Fərdi yaşayış evlərinə münasibətdə dəyişikliklər, həmçinin söküntü işləri aparıldıqdan, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə sənədi alındıqdan və ya söküntü aparıldıqdan sonra bu barədə məlumatların Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin 3-cü bölməsinə daxil edir.
Reyestrə daxil edilmə tarixləri müvafiq məlumatların sistemə işlənildiyi tarixə uyğun olaraq avtomatik qaydada verilir.
Bölməyə aid digər xəbərlər