Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan arpa idxalını fevralda kəskin artırıb

Baxış: 245
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 80,8%, həcm ifadəsində isə 90,9% azdır.
Yanvar ayı ilə müqayisədə isə fevralda sözügedən məhsulun ölkəyə idxalı dəyər ifadəsində 250,78 min dollar (və ya 5,9 dəfə), həcm ifadəsində isə 553,7 ton (və ya 5 dəfəyədək) artıb.
Fevral ayında ölkəyə 302,03 min dollar dəyərində 693,7 ton arpa idxal olunub.
Qeyd edək ki, bu ilin ilk iki ayında arpa idxalının ümumi idxalda payı 0,02% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,09 faiz bəndi azdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.