Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ötən ay 1 300-dən çox həyət evi ilkin qeydiyyata alınıb

Baxış: 310
Bu ilin fevral ayı ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
Bu barədə "Sahibkartv.az"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4 612olub.
Ötən ay ölkədə 26 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bunun 7 587-i (17.02 %-i) ilkin, 18 607-i (82.98 %-i) isə təkrar qeydiyyatın payına düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.