Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın cari əməliyyatlar balansında ötən il 8 milyard dollardan çox qalıq olub

Baxış: 272
2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 8 291,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Halbuki, 2020-ci ildə CƏB üzrə 227,6 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.
“Sahibkartv.az” xəbər verir ki, ümumi qalıq xarici ticarət balansındakı 11 273,6 milyon dollarlıq qalıq (4,5 dəfə çox), xidmətlər balansındakı 2 122,9 milyon dollarlıq kəsir (25,3% az), ilkin gəlirlər balansındakı 1 318,6 milyon dollarlıq kəsir ( 2,9 dəfə çox) və təkrar gəlirlər balansındakı 459,5 milyon dollarlıq qalıq (17,6% az) hesabına formalaşıb.
"Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 15,2%-i qədər olub. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB qalığı 2,8 dəfə artaraq 14 milyard dollara, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 7,7% artaraq 5,7 milyard dollara çatıb", - AMB bəyan edib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.