Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İƏİT ölkələrində neft ehtiyatları son 8 ilin ən aşağı həddinə düşüb

Baxış: 189
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neftin komersiya ehtiyatları yanvar ayında 22,1 milyon barel azalaraq 2.621 milyon barelədək geriləyib.
“Sahibkartv.az” Beynəlxalq Enerji Agentliyinin (BEA) fevral hesabatına istinadən xəbər verir ki, bu da 2017-2021-ci illərin orta səviyyəsinə nisbətən 335,6 milyon barel az və 2014-cü ilin aprel ayından bu yana ən aşağı rəqəmdir.
Həmçinin mövcud ehtiyatların proqnozlaşdırıla bilən tələbatın 57,2 gününü qarşıladığı da qeyd olunur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 gün azdır.
Avropa, ABŞ, Yaponiya ilə bağlı ilkin məlumatlara əsasən ehtiyatların daha 29,8 milyon barel azalacağı bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.