Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl ucuzlaşır

Baxış: 318
Dünya bazarında qızılın qiyməti düşməkdə davam edir. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirəcəyini gözləyirlər.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,61%, yaxud 11,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917,95 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,63% düşərək, 1 unsiyası 24,995 ABŞ dolları təşkil edib.
İnvestorlar güman edirlər ki, ABŞ FES-in iclasında uçot dərəcəsi artırılacaq, monetar siyasətin sərtləşdirilməsi isə ABŞ dolları üçün müsbət, qızıl üçün isə mənfi amil hesab olunur.
Bununla belə, hazırki siyasi vəziyyət etibarlı aktiv kimi qızılın aktuallığını saxlamaqdadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.