Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb

Baxış: 236
Azərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb.
"Sahibkartv.az" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə dəyişiklik edib.
Qərara əsasən, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün 1 litrə görə 11,2 manatdan 12 manata qaldırılıb.
Qərar 30 gün sonra qüvvəyə minəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.