Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan AÇIQLAMA

Baxış: 283
Neftin qiymətinin yüksəlməsi valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir.
Bu barədə Sahibkartv.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.
Manatın xarici valyutalar qarşısında dəyərini müəyyən edən əsas göstəricilərdən biri də neftin dünya bazarındakı qiymətidir. Ötən həftə ərzində “Azeri Light” markalı Azərbaycan nefti dünya bazarında son illərin rekordunu yeniləməklə bahalaşaraq 135,99 dolları təşkil etdi. Növbəti dövr üçün neftin qiymətinin 100 ABŞ dollarından yuxarı həddə qalacağını nəzərə alsaq, bunun manatın ABŞ dollarına qarşı məzənnəsində dəyişikliyə, eləcə də manatın ABŞ dolları qarşısında dəyər qazanmasına təsir edə bilmə ehtimalı ilə bağlı Mərkəzi Bank tərəfindən açıqlama verilib.
Bildirilib ki, Azərbaycanda əldə olunan neft gəlirlərinin çox hissəsi Dövlət Neft Fondunda toplanır və dövlət büdcəsində öncədən təsdiq edilmiş transfertlər çərçivəsində xərclənir. Əlavə edilib ki, bu baxımdan son vaxtlar sürətlə yüksələn neft qiymətləri valyuta bazarına əsasən məzənnə gözləntilərini yaxşılaşdırmaq vasitəsilə təsir edir:
“Neftin qiymətinin yüksəlməsi strateji valyuta ehtiyatlarını artırmaqla valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.