Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan iqtisadiyyatı yeddi faizə yaxın böyüyüb

Baxış: 285
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 175,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çox ümumi daxili məhsul istehsal olunub.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri-neft sektorunda isə 10,1 % artıb.
ÜDM istehsalının 53,6 %-i sənaye, 7,9 %-i ticarət; 5,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,1 %-i tikinti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 %-i informasiya və rabitə, 1,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.
Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri 58,9 % artaraq 1 910 manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.