Day, Month 00, Year
00: 00: 00 AM

Neft qiymətləri 3 faizdən çox düşdü

Neft qiymətləri 130 dolları keçdikdən sonra düşməkdə davam edir.
Sahibkartv.az xəbər verir ki, həftənin ilk iş günündə Brent nefti 3%-dən çox ucuzlaşaraq qiyməti 109,34 dollara geriləyib (Bakı vaxtı ilə saat 07:34-ə olan məlumat).
ABŞ xam nefti isə 3,2% ucuzlaşaraq qiyməti 105,88 dollara geriləyib.
Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan gələn müsbət siqnallar qiymətlərə öz təsirini göstərib.
Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşündən atəşkəslə bağlı konkret addım olmasa da, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda müsbət irəliləyişlərin olduğuna diqqət çəkib.
Putin Belarus prezidenti Aleksandr Lukaşenkoya deyib: “Müəyyən müsbət irəliləyişlər var”.
Putin danışıqların demək olar ki, hər gün keçirildiyini bildirib.


Tarix: 14-03-2022, 11:46 Oxunub: 119


Bölməyə aid digər xəbərlər