Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan fevralda Türkiyədən 24 milyon dollarlıq elektronika məhsulu alıb

Baxış: 685
Bu ilin fevral ayında Azərbaycan Türkiyədən 24,1 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib.
“Sahibkartv.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Ötən ay Türkiyənin ümumi elektronika məhsulları ixracının dəyəri isə 1 177 milyon dollar təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,6% çoxdur. Qonşu ölkədən ən çox elektronika məhsulu almış ölkələr Böyük Britaniya (129,2 milyon dollar), Almaniya (109,9 milyon dollar), Fransa (72,4 milyon dollar) və İtaliya (62 milyon dollar) olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.