18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
Azərbaycan bu faktlara nəzər yetirmək, onların monitorinqini etmək və ciddi araşdırmalar etmək üçün dəfələrlə xarici, xüsusilə avropalı mütəxəssisləri ölkəyə dəvət edib”.
Bunu Sahibkartv.Az-a açıqlamasında “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən deyib.
Aavropa Parlamenti Qarabağda erməni mədəni irsini məhv etmək, inkar etmək siyasətini qəti şəkildə tənqid edən qətnamə qəbul edib.
Bu qətnamə kifayət qədər ciddi etirazlarla qarşılanıb.
Ayaz Mirzəyev hesab edir ki, Avropa Parlamentinin bəzi deputatları Qarabağa səfərlərə fərqli bəhanələrlə “yox” cavabı veriblər.
“Bir sıra Avropa dövlətlərinin deputatları qarşı tərəfin mövqeyindən çıxış edir. Dünən Avropa Parlamentində müzakirə olunan “dırnaqarası” qətnamə də həmin qərəzli mövqenin növbəti nümunəsidir. Sual olunur niyə həmin deputatlar işğal nəticəsində mədəni irs obyektlərinə hər hansı formada yetirilən zərərə görə Ermənistanı hüquqi məsuliyyətlə ittiham etmir?!
Hər bir tərəfə, hər bir mövzuya obyektiv və şəffaf münasibət bəslədiklərini iddia edən avropalı millət vəkilləri niyə Ermənistanın işğalı nəticəsində Qarabağ ərazisindəki mədəni irs obyektlərinə vurulan zərəri görmək istəmir?! Sual sadə olsa da ona cavab vermək avropalı deputatlar üçün çətindir”,-deyə Ayaz Mirzəyev əlavə edib.
Onun sözlərinə görə, Avropa Parlamenti üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan ərazilərində Ermənistan tərəfi qeyri-qanuni fəaliyyət göstərib.
“Nəticədə bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib. Sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib.
Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları qarşısında məsələ qaldırılıb.
Avropa Parlamentinin üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur”.
Ayaz Mirzəyev qeyd edib ki, bütün bu qərəzli mövqeyin şahidi olan Azərbaycan vətəndaşı üçün isə həqiqət alidir və dəyişməzdir.
“Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ötən gün Avropa Parlamentində irəli sürülən sənəd isə bir daha qoca qitədə hələ də qeyri-sağlam düşüncəli siyasətçilərin olmasını bizə göstərir. İstənilən halda münaqişənin indiki həlli dövründə bu tipli sənədlər Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına mane olmayacaq.
Çünki dünyaya açılan pəncərəni bir sənəd, və ya bir məqalə ilə örtmək mümkün deyil. İndi hər kəs ədaləti və həqiqəti şəxsən araşdıra və sərbəst şəkildə öz mövqeyini izhar edə bilər”,-deyə Ayaz Mirzəyev fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər