21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ukraynadakı müharibə ilə əlaqədar olaraq yaranacaq tədarük çatışmazlığı səbəbindən beynəlxalq ərzaq və yem qiymətlərinin 8 ilə 20 faiz arasında arta biləcəyini bəyan edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Rusiya və Ukraynanın qlobal kənd təsərrüfatı üçün əhəmiyyəti və iki ölkə arasında davam edən müharibənin kənd təsərrüfatı məhsulları bazarına təsiri ilə bağlı ilkin qiymətləndirmə hesabatını dərc edib.
Sahibkartv.az xəbər verir ki, Rusiyanın ixracının beynəlxalq sanksiyalara görə kəsilə biləcəyi qeyd edilən hesabatda, “İlkin qiymətləndirmə göstərir ki, 2022/23 mövsümündə Ukraynada taxıl, qarğıdalı və günəbaxan becərilməsi üçün istifadə edilən sahələrin 20-30 faizi əkilib-biçilməyəcək",- deyilir.
Kənd təsərrüfatında enerji riskləri də FAO-nun hesabatında yer alıb. Qeyd edilib ki, Rusiyanın qlobal enerji bazarında da mühüm təchizatçıdır və xüsusilə inkişaf etmiş ölkələrdə yüksək enerji tutumlu sektor olan kənd təsərrüfatının münaqişə səbəbilə enerji qiymətlərində kəskin artımdan təsirlənmələri qaçılmazdır.
Qidalanmayanların sayı artacaq
Ukraynadakı müharibə ilə əlaqədar olaraq yaranacaq tədarük kəsiri səbəbilə beynəlxalq qida və yem qiymətlərinin 8-20 faiz arasında arta biləcəyi vurğulanan hesabatda, bunun dünyada qidalanmayan insanların sayını artıracağına diqqət çəkilib.
Hesabatda, Rusiya və Ukraynanın dünyanın ən mühüm kənd təsərrüfatı əmtəə istehsalçıları arasında olduğu və bu ölkələrin qlobal taxıl ixracının üçdə birindən çoxunun reallaşdırdığı, dünya arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini, qarğıdalının 4 faizini təmin etdikləri bildirilib.
FAO həmçinin bəyan edib ki, Rusiya geniş enerji resurslarının üstünlüyü ilə gübrə ixracında dünyada birinci yerdədir.
Bölməyə aid digər xəbərlər