Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şahin Mustafayev: “İranla imzalanacaq sənəd nəqliyyat üzrə əməkdaşlığın inkişafına töhfə verəcək”

Baxış: 262
“Azərbaycanla İranın imzalayacağı, qonşu ölkənin ərazisindən istifadə etməklə Şərqi Zəngəzur və Naxçıvan arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək”.
Sahibkartv.az xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.
“Regionda yaranmış yeni reallıqlar fonunda yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək”, – deyə o əlavə edib. 
Bundan başqa, onun sözlərinə görə, hazırda Azərbaycanda 2 050 İran şirkəti uğurla fəaliyyət göstərir: "Bu şirkətlər kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahələrindədir". 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.