19:11 / 22-02-2025
18:52 / 22-02-2025
18:23 / 22-02-2025
18:00 / 22-02-2025
17:44 / 22-02-2025
17:22 / 22-02-2025
16:39 / 22-02-2025
16:16 / 22-02-2025
15:41 / 22-02-2025
15:18 / 22-02-2025
14:46 / 22-02-2025
14:21 / 22-02-2025
13:50 / 22-02-2025
13:44 / 22-02-2025
13:18 / 22-02-2025
13:00 / 22-02-2025
09:13 / 22-02-2025
09:00 / 22-02-2025
22:11 / 21-02-2025
21:42 / 21-02-2025
21:33 / 21-02-2025
21:23 / 21-02-2025
20:32 / 21-02-2025
20:18 / 21-02-2025
19:49 / 21-02-2025
19:31 / 21-02-2025
19:19 / 21-02-2025
18:51 / 21-02-2025
18:30 / 21-02-2025
18:21 / 21-02-2025
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1 milyon 352 min 229 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8%, o cümlədən fiziki şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb.
Yanvar-fevral ayları ərzində 2 min 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur. Həmin kommersiya qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb. 2 min 163 kommersiya qurumundan 89,8%-i yerli investisiyalı, 10,2%-i xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.
Yanvar və fevral aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,3% təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,6% təşkil edib.
Yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 29,5% artıb.
Martın 1-nə dövlət qeydiyyatında olan 147 min 874 kommersiya qurumundan 89 min 128-nin vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,2% artıb, xüsusi çəkisi isə artaraq 60,3%-ə çatıb.
Mart ayının 1-nə 320 publik hüquqi şəxs, 17 min 82 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11 min 544-nün fəaliyyəti aktivdir, 4 min 631-nin fəaliyyəti dayandırılıb, 907-i isə ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb.
Bölməyə aid digər xəbərlər