Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

1,5 trilyon dollarlıq paket Senatdan keçdi

Baxış: 288
ABŞ-da 1,5 trilyonluq xərclər paketi Nümayəndələr Palatasından sonra Senat tərəfindən təsdiqlənib. Paketə Ukraynaya 13,6 milyard dollar yardım da daxildir.
ABŞ-da Ukraynaya yardım paketini özündə əks etdirən və sentyabrın 30-na qədər hökumətə maliyyə ayrılmasını nəzərdə tutan 1,5 trilyon dollarlıq büdcə qanun layihəsi Senatda təsdiqlənib.
Sahibkartv.az xəbər verir ki, paket Senatda 31 əleyhinə 68 səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsi prezident Co Bayden tərəfindən imzalanmaq üçün təqdim olunacaq.
Senatdan keçən qanun layihəsi ABŞ-da daxili xərclərin ən böyük artımına imkan verəcək. Qanun layihəsi ilə müdafiə xərcləri istisna olmaqla, digər xərclər üçün 730 milyard dollar ayrılacaq. Beləliklə, bu xərc maddəsi üzrə 6,7 faiz artım olacaq.
Paketdə Pentaqonun illik xərcləri 743,4 milyard dollar olaraq nəzərdə tutulur. Bu maddə prezident Co Baydenin 715 milyard dollarlıq müdafiə xərcləri tələbini üstələyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.