Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan, Qazaxıstan və Gürcüstan birgə müəssisə yaradır

Baxış: 278
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf etdirmək məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstan tariflərin müəyyən edilməsi, yük bəyannaməsi, vahid İT həllərdən istifadə və tranzit yüklərin konsolidasiyası ilə bağlı məsələləri həll edəcək birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
Qazaxıstan mətbuatı xəbər verir ki, Qazaxıstanın Baş naziri Əlixan Smailov Antiböhran Tədbirləri üzrə Operativ Qərargahın növbəti iclasını keçirib. İclasda TBNM inkişafı üzrə danışıqların nəticələri və Qazaxıstan yüklərinin daşınması məsələləri müzakirə olunub.

Hökumətin mətbuat xidmətinin yaydığı məlumatına görə, TBNM marşrutunu inkişaf etdirmək məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstan tariflərin müəyyən edilməsi, yük bəyannaməsi, vahid İT həllərdən istifadə və tranzit yüklərin konsolidasiya məsələlərini həll edəcək birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
Ümumilikdə, marşrutun ildə 10 mln. tona qədər, o cümlədən 200 minə qədər konteyner daşımaq imkanı var. Lianyunqanq limanından (ÇXR) keçən cari marşruta gəlincə, tranzit yükdaşıma tarifinin aşağı salınması məsələsi üzərində iş aparılır.
Qeyd olunur ki, hazırda Çinlə sərhəddə Qazaxıstan yüklərinin daşımasında dayanmalar yoxdur.
Müəssisədən əvvəllər açıqlanan məlumata görə, Belarus sərhədində malların dayanma vaxtı ilə bağlı müvafiq monitorinq aparılıb, nəticədə bu fakt təsdiqini tapmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.