21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
2021-ci ildə Azərbaycanda istilik enerjisi tariflərinin maya dəyərindən aşağı olması ilə əlaqədar ayrılmış subsidiya məbləği nəzərə alınmaqla "Azəristiliktəchizat" ASC-nin zərəri 14 milyon 145,3 min manat olub.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ötən il səhmdar cəmiyyəti istehlakçı qrupları üzrə 15 milyon 397,2 min manat dəyərində xidmət göstərib ki, bunun 13 milyon 454,6 min manatı və yaxud 87,4 %-i istilik təchizatı xidmətlərinə, 1 milyon 493,7 min manatı və yaxud 9,7 %-i isti su təchizatı xidmətlərinə, 448,8 min manatı və yaxud 2,9 %-i xidmət müqavilələrinə aid olub.
Cəmiyyətin göstərdiyi xidmətlər üzrə daxilolmalar 13 milyon 528,7 min manat, o cümlədən istilik təchizatı xidmətlərinə görə daxilolmalar 12 milyon 496,5 min manat və yaxud 92,4 %, isti su təchizatı xidmətlərinə görə 624,2 min manat və yaxud 4,6 %, xidmət müqavilələrinə görə 408 min manat və yaxud 3 % təşkil edib.
Ötən il yığım faizi 87,9 %, o cümlədən qeyri-əhali istehlakçıları üzrə 97,8 %, əhali istehlakçıları üzrə isə 74,2 % olub.
2021-ci ildə "Azəristiliktəchizat"ın istehsalat xərcləri 61 milyon 544,1 min manat təşkil edib ki, onun da 83,6 %-i Bakı, 16,4 %-i regional istilik təsərrüfatına aid olub. Xərclərin tərkibində əsas yeri qaz 54,4 %, elektrik enerjisi 6,9 %, su və dizel yanacağı 2,1 %, alınan enerji 1 %, əməkhaqqı 19,4 %, DSMF-ə ayırmalar 4,7 % tutub. Ümumilikdə xərclərin 64,4 %-i enerjidaşıyıcılar, su və alınan enerji xərcləri təşkil edib.
Bölməyə aid digər xəbərlər